Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılavar ərazisində yonca əkini

29 oktyabr 2020 | 16:00

Qızılavar kəndi ərazisində heyvandarlığın inkişafı üçün yonca sahələrinin genişləndirməsi diqqətdədir. Bu məqsədlə ərazidə 20 hektar sahədə əkmə yonca  sahəsi movcud  idi. Kənd sakinləri Eldar Əzizov və Elnur Abbasov bu günlərdə daha 5 hektar sahəyə yonca toxumu səpmişlər. İndi əkinə aqrotexniki qulluq  göstərilir.

Qeyd edək ki, yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının 80-ə qədər yabanı və mədəni sort və formaları, üçyarpaq yoncanın 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.

Keçidlər