Masallıda yaşıl çay yarpağı yığılır
29 oktyabr 2020 | 16:00
Masallının çay plantasiyalarından 15,5 ton yaşıl çay yarpağı yığılıb. Masallıda üçüncü çay yığımı kampaniyası davam edir.
Bu barədə Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov məlumat verilib. Bildirilib ki, rayon üzrə 15,5 ton yaşıl çay yığılıb. Rayonda çay yığımı kampaniyası noyabrın sonunadək davam edəcək.
Qeyd edək ki, Azərbaycanın subtropik zonasında yerləşən Masallıda sovetlər dönəmində 3100 hektaradək çay plantasiyası mövcud olub. Bu sahələrdən 10 min tondan çox yaşıl çay yarpağı yığılırdı və rayonda fəaliyyət göstərən 5 çay fabrikinə təhvil verilirdi. Hazırda isə rayonda 118,2 hektar çay sahəsi var.