MASALLIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI İLDƏN-İLƏ ARTIR
30 oktyabr 2020 | 16:00
Hər il olduğu kimi 2020-cı ilin doqquz ayı ərzində — yanvar-fevral-mart-aprel-may-iyun-iyul-avqust və sentyabr aylarında da Masallı rayonunda yazlıq əkinlərin sahəsi genişlənmiş, mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə cari ilin faktiki qiyməti ilə 114388,7 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 55299,5 min manatı və ya 48,3 faizi heyvandarlıq məhsullarının, 59089,2 min manatı və ya 51,7 faizi isə bitkiçilik məhsularının payına düşür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı 14,6 faiz artmışdır.