Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli ərazisində arpa, buğda və vələmir əkini

30 oktyabr 2020 | 16:00

       Həsənli kəndi ərazisinin fermerləri  gələn ilin məhsulu üçün 975 hektar sahədə əkin əkməyi  proqnozlaşdırıb. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə  ərazidə 765 hektar sahədə yay şumu vurulmuşdur. Şumu vurulmuş torpaqlarda kənd fermerləri 160 hektar sahədə buğda, 154 hektar sahədə arpa və 165 hektar sahədə vələmir əkmişlər. Ümumiyyətlə, kənddə 479 hektar sahədə taxıl səpini aqrotexniki qaydalar əsasında həyata keçirilmişdir.

      Həsənli kəndi ərazisində yay şumu və taxıl əkinləri davam edir.
      Mexanizatorlar bundan sonra da daha 210 hektar sahədə kənd təsərrüfatı sahəsində ən məsul dövr olan bu aqrotexniki tədbirləri davam etdirəcəklər.

     

Keçidlər