Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 30 oktyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Poçt, rayon Maliyyə idarəsi, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 2 ərazidə 2 ərazi nümayəndəliyinin inzibati binası, 2 poçt məntəqəsi, 1 ATS, 1 həkim məntəqəsi, 4 iaşə obyekti, 4 küçə və ticarət obyektlərinin qarşısı dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
30 oktyabr 2020-ci il tarixdə 1943 nəfərlə görüşülmüş və onlardan 729 nəfərin maskasız olması müəyyən edilmişdir. Reyd zamanı şəhər üzrə 5 nəfər şəxsin hər biri 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 91345 nəfərlə görüşülmüş və onlardan 28572 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 292 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
30 oktyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3223 nəfərlə görüşülmüş, onlardan 1540 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kəndlər üzrə 1 nəfər sakin 100 manat məbləğində cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 522560 nəfərlə görüşülmüş, 211922 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 311 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. 30 oktyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5166 nəfərlə görüşülmüş və 2269 nəfərin maskasız olması müəyyən olunmuşdur. Rayon üzrə karantin qaydalarını pozduğu üçün 6 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 600 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 613905 nəfərlə görüşülmüş və 240494 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 603 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21900 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.
5. 30 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində karantin qaydalarını pozduğu üçün 5 nəfər şəhər sakininin hər biri 100 manat, Boradigah qəsəbəsində 1 nəfər qəsəbə sakini 100 manat olmaqla ümumilikdə 600 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.
6. 30 oktyabr 2020-ci il tarixdə koronavirusla bağlı 82 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 10913 nəfərdən yaxma götürülmüşdür.