Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA HEYVANDARLIQ SAHƏSİNDƏ GÖRÜLMÜŞ İŞLƏR

01 noyabr 2020 | 16:00

Masallı əhalisinin əsas məşğuliyyəti hesab olunan heyvandarlıq inkişaf etməkdədir. Mal-qara sayının və heyvandarlıq məhsullarının ötən ilin müvafiq dövrünə nisbətən xeyli artması bu sahənin inkişaf etdiyini göstərir. Hər il olduğu cari ilin doqquz ayında da mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır.   
Masallı rayon Statistika idarəsindən verilən məlumata görə Masallıda cari ilin faktiki qiyməti ilə 114388,7 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki,  bunun da 55299,5 min manatı və ya  58,5 faizi heyvandarlıq məhsullarının payına düşür.
2020-ci ilin yanvar-sentyabr aylarında, 2019-cu ilin müvafiq dövrünə nisbətən rayon üzrə iri buynuzlu mal-qaranın baş sayı 0,2 faiz, o cümlədən inək və camışların baş sayı 0,5 faiz, qoyun və keçilərin baş sayı isə 2,5 faiz artmişdır.
Sürüdə olan inək və camışların xüsusi çəkisi 50,2 faiz təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə mövcud iribuynuzlu mal-qaranın 100 faizi, qoyun və keçilərin də 100 faizi əhali təsərrüfatlarında olmuşdur.
Rayon üzrə əhali təsərrüfatlarında olan iribuynuzlu mal-qaraya, qoyun və keçiyə zootexnik və zoobaytar tərəfindən xidmət göstərilmişdir.
Bildirirk ki, Masallı rayonunda aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.

Keçidlər