MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
01 noyabr 2020 | 16:00
Masallı rayon Statistika idarəsindən verilən məlumata görə ilkin hesablamalara əsasən cari ilin doqquz ayında rayon əhalisinin sayı 1841 nəfər və yaxud 0,8 faiz artaraq 1 oktyabr 2020-ci il tarixə kimi 229598 nəfərə çatmışdır ki, bunun da 50,8 faizi kişilər, 49,2 faizini isə qadınlar təşkil edir.
Masallı rayonunda əhalinin sıxlığı bir kvadrat kilometrə 317 nəfərdən ibarətdir.
Qeyd edək ki, əhalinin 22,6 faizi şəhər, 77,4 faizi kənd əhalisidir.