Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər park-bulvar kompleksində beton məcraya salınma işləri davam edir

02 noyabr 2020 | 16:00

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Viləşçayın Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi davam etdirilir.
Yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.

Artıq layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi başa çatdırılıb.

Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.

Hazırda park-bulvar kompleksinin ərazisində daha 159 poqonometr çayın müəyyən hissənin beton məcraya salınması işləri davam edir. Artıq beton məcraya salınması sahəsində son işlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 2019-cu ilin sentyabrın 18-də Masallı rayonuna səfəri zamanı Viləşçayın yatağının şəhər ərazisindən keçən hissəsində inşa edilən park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını vermişdi.

Keçidlər