MASALLIDA SƏNAYE
02 noyabr 2020 | 16:00
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə cari ilin doqquz ayında Masallı rayonunda ümumi məhsul buraxılışının həcmi 325328,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.
Bildirilib ki, bu dövrdə rayonda 46752,0 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.
İstehsal olunmuş sənaye məhsulunun 39 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 41162,5 min manatı və ya 88,0 faizi emal sənayesinin, 5102,3 min manatı və ya 10,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 448,2 min manatı və ya 1,0 faizi su təchizatı tullantılarının təmizlənməsi və emalının payına düşür.