Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxlar kəndi ərazisində su tutarın bərpası işləri davam etdirilir

03 noyabr 2020 | 16:00

“Körpü-Bina – Tikinti” MMC-nin kollektivi Masallı rayonunun Şıxlar kəndi ərazisndə kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su tutarın tikintisini başa çatdırmaq üçün işlərini gündən-günə sürətləndirirlər. Hazırda obyekdə qızğın inşaat işləri aparılır. İnşaat meydançasında 8-ə yaxın texnikanın gücündən istifadə edilir.İnşaatçılar kənd təsərrüfatı sahəsində ən vacib sahə olan su tutarı vaxtında başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər.
Su tutarların istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcəkdir.

Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik su tutarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Keçidlər