Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

04 noyabr 2020 | 16:00

1. 03 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 15 sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 qəsəbədə 1 ərazi nümayəndəliyinin inzibati binası, 1 poçt məntəqəsi, 1 tibb məntəqəsi, 1 ATS, 1 bankomat, 3 fərdi yaşayış evi, 8 ticarət mərkəzinin qarşısı və əhalinin sıx toplaşdığı yerlər dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
03 noyabr 2020-ci il tarixdə 2058 nəfərlə görüşülmüş və onlardan 786 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 99519 nəfərlə görüşülmüş və onlardan 31708 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 315 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
03 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2927 nəfərlə görüşülmüş, onlardan 1352 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 534630 nəfərlə görüşülmüş, 217650 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 311 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 03 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4985 nəfərlə görüşülmüş və 2138 nəfərin maskasız olması müəyyən olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 634149 nəfərlə görüşülmüş və 249358 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 626 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21900 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.

5. 03 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir.

   6. 03 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 91 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11058 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər