Şriftin ölçüsü :

Saytın rəngi :

Xıl kəndi ərazisində aqrar sektor inkişaf etdirilir

04 noyabr 2020 | 16:00

Xıl kəndi ərazisində yay şumu uğurla başa çatdırılmış, 270 hektar sahədə taxıl əkilmişdir

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə Xıl kəndi ərazisində növbəti ilin kənd təsərrüfatı əkinləri üçün yay şumu uğurla başa çatdırılmışdır. Belə ki, ərazidə proqnozlaşdırılan 500 hektar sahə şumlanmış, kənd mexanizatorları təsərrüfat işinin vaxtında başa çatdırılmasında hünərlə çalışmışlar.

Xıl kəndində payızlıq taxıl əkinləri də müvəffəqqiyyətlə davam edir. Belə ki, kəndli fermerlər indiyədək 90 hektarda buğda, 90 hektarda arpa və 90 hektar sahədə vələmir əkinini optimal müddətdə başa çatdırmışlar. Ümmumiyyətlə,  Xıl kəndi ərazisində 270 hektar sahədə əkin keçirilmişdir.

Keçidlər