Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqları aylığı

24 noyabr 2014 | 16:00

24 noyabr 2014-cü il tarixdə Masallı rayon mərkəzi kitabxanasında “Uşaq hüquqları aylığı” ilə əlaqədar  “Uşaqları birgə sevək!” mövzusunda tədbir keçirilmişdir.
Kitabxananın xidmət şöbəsinin müdiri Gülər Piriyeva “Uşaq aylığı”nın əhəmiyyətindən danışmışdır. O, vurğulayıb ki, müasir cəmiyyətimizdə heç bir uşağın inkişaf prosesi, problemi və qayğıları diqqətdən kənarda qalmamalıdır. Belə tədbirlər uşaqlarda olan fərdi istedadı, qabiliyyəti üzə çıxarır, hər bir uşağa fərdi yanaşmaq imkanı verir.
”Uşaq aylığı” ilə əlaqədar mərkəzi kitabxananın tədbirlər planının hazırlandığı və müxtəlif mövzularda tədbirlər keçirildiyi xüsusi qeyd edildi. Tədbir AysunPiriyevanın, GülnarAbuzərovanın, Məsud Quliyevin və Turan Bağırovun ana, vətən mövzusunda şerləri ilə davam etdirildi.
Sonda iştirakçılar “Uşaq aylığı” mövzusuna həsr edilmiş sərgi ilə də tanış oldular.

Keçidlər