Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 04 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Avtovağzal, Mərkəzi Poçt, rayon Telekommunikasiya Qovşağı, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 15 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 2 fərdi yaşayış evi, 2 ərazidə 2 fərdi yaşayış evi, 1 ərazi nümayəndəliyi, 1 Poçt, 1 Elektron avtomatik telefon stansiyası (EATS) və 1 Tibb Məntəqəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
04 noyabr 2020-ci il tarixdə 2131 nəfərlə görüşülmüş və onlardan 835 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 101650 nəfərlə görüşülmüş və onlardan 32543 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 315 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
04 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2832 nəfərlə görüşülmüş, onlardan 1348 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kəndlər üzrə 2 nəfər şəxsin hər biri 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə olunmuşlar
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 537462 nəfərlə görüşülmüş, 218998 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 313 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. 04 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4963 nəfərlə görüşülmüş və 2183 nəfərin maskasız olması müəyyən olunmuşdur. Reyd zamanı rayon üzrə 2 nəfər şəxsin hər biri 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə olunmuşlar
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 639112 nəfərlə görüşülmüş və 251541 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 628 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21900 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.
5. 04 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir. Reyd zamanı Boradigah qəsəbə ərazisində karantin qaydalarını pozduğu üçün 2 nəfər qəsəbə sakininin hər biri 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.
6. 04 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 158 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11216 nəfərdən yaxma götürülmüşdür.