Lürən ərazisində arpa, buğda və vələmir əkini davam edir
Lürən ərazisində yay şumu uğurla başa çatdırılmış, 70 hektar sahədə taxıl əkilmişdir
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə Lürən kəndi ərazisində növbəti ilin kənd təsərrüfatı əkinləri üçün yay şumu uğurla başa çatdırılmışdır. Belə ki, ərazidə proqnozlaşdırılan 120 hektar sahə şumlanmış, kənd mexanizatorları təsərrüfat işinin vaxtında başa çatdırılmasında hünərlə çalışmışlar.
Lürən kəndində payızlıq taxıl əkinləri də müvəffəqqiyyətlə davam edir. Belə ki, kəndli fermerlər indiyədək 5 hektarda buğda, 25 hektarda arpa və 90 hektar sahədə vələmir əkinini optimal müddətdə başa çatdırmışlar. Ümmumiyyətlə, Lürən ərazisində 70 hektar sahədə əkin keçirilmişdir.