Şriftin ölçüsü :

Saytın rəngi :

Miyankü ərazisində su tutarın tikintisi başa çatmışdır

06 noyabr 2020 | 16:00

“Körpü-bina – tikinti” MMC-nin kollektivi Masallı rayonunun Miyankü kəndində kənd təsərrüfatı  bitkilərinin suvarılması üçün su tutarın tikintisini də başa çatdırmışdır. İnşaatçılar kənddə su tutarın tikintisini başa çatdırmaq üçün əllərindən gələni əsirgəməmişlər.
Bildiririk ki, su tutarın istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına köməklik edəcəkdir.
Su tutarın bərpasına cari ilin əvvəlindən başlanılıb, yaxın vaxtlarda istifadəyə verilib.

Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik su tutarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Keçidlər