SAĞLAM HƏYAT UĞRUNDA
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Səhiyyə nazirinin əmrinə əsasən dekabrın 1-dən 31-dək ölkədə “Sağlam həyat uğrunda” aylıq layihə çərçivəsində tədbirlər keçirilir. “Sağlam həyat uğrunda” aylıq layihə çərçivəsində rayonumuzda da silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 04.12.2012-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsindəki həkim məntəqəsində həyata keçirilmişdir.
Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri – cərrah, ginekoloq, nevropotoloq, terapevt, kardioloq, okulist, həkim-laborantlar iştirak etmişdirlər. Ümumilikdə 173 nəfər qəsəbə sakini müayinədən keçirilmiş və aşkar edilən xəstəliklər profil üzrə müalicəyə cəlb edilmişdir.
Qəsəbə sakinlərindən Sədrəddin Əliyev, Mirdavud Əliyev, Tamara Abdullayeva, və başqaları keçirilən müayinə və müalicəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.