Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı

22 noyabr 2014 | 16:00

22 noyabr 2014-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
  Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycanda həyata keçirilən demokratik, o cümlədən hüquq islahatları nəticəsində müstəqil məhkəmə hakimiyyətinin bərqərar olduğunu nəzərə çatdırmışdır. O, demişdir ki, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin il mayın 28-də - ADR-in elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. 
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdi. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarında işin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ulu öndərin sərəncamı ilə 22 noyabr - 1918-ci ildə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün -  ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edildi.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ədliyyə orqanlarını daim diqqət mərkəzində saxlayır, onların inkişaf etdirilməsi və müasirləşdirilməsi, əhalinin hüquq institutlarına və keyfiyyətli hüquq xidmətlərinə olan tələbatının daha səmərəli şəkildə ödənilməsi üçün mühüm tədbirlər həyata keçirir. Bu gün ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası təmin olunmuş, məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır. Ədliyyə işçilərinin sosial rifahı günü-gündən yaxşılaşdırılır.
  Tədbirdə rayon Məhkəməsinin sədri Hilal Xəlilov, rayon Prokuroru Fikrət Əsgərov, rayon əmək və müharibə veteranları Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev və başqaları çıxış etmişlər. Sözçülər Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın məhkəmə-hüquq islahatlarının daha da dərinləşməsi, hüquqi təsisatların möhkəmlənməsi, beynəlxalq hüquq əməkdaşlığının genişlənməsi, ədliyyə və məhkəmə işinin müasir tələblərə və beynəlxalq standartlara uyğun təşkil edilməsində əhəmiyyətindən danışmışlar.

Keçidlər