Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA İSTEHLAK BAZARI

07 noyabr 2020 | 16:00

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə 2020-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın başqa sahələrində olduğu kimi, ticarət və xidmət sektorunda da dinamika qalmaqda davam etmiş və əhəmiyyətli dəyişikliklər əldə olunmuşdur.

Həmin müddət ərzində pərakəndə əmtəə dövriyyəsi ilkin hesablamaya əsasən, 286608,0 min manat olmuşdur ki, bunun da 89533 min manatı (31,2 faizi) hüquqi, 197075,0 min manatı (68,8 faizi) fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 33572,7 min manatını və ya 37,4 faizini iri müəssisələr, 55960,3 min manatını və ya 62,6 faizini kiçik müəssisələr təşkil edir.

2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi  1197,0 min manat (0,4 faiz ) artmışdır.

Hesabat dövründə ticarət və xidmət sahələrində çalışan işçilərin sayı 3655 nəfər, əməkhaqqı fondu 1992366,5 manat olmaqla, bir işçiyə düşən orta aylıq əməkhaqqı 334,2 manat olmuşdur. Ticarət təşkilatlarında çalışan işçilərin  sayı 3605 nəfər təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət və xidmət sahələrində çalışan işçilərin sayı 588 nəfər azalmış, bir işçiyə düşən orta aylıq əmək haqqı isə 53,2 manat  artmışdır.

Əhaliyə 49326,0 min manat pullu xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkinin 24,9 faiz azdır.

Keçidlər