Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 07 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Poçt, Masallı Telekommunikasiya Qovşağı, “Köhnə bazar”ın ərazisi, 1 prospekt, 2 küçə, 19 çoxmənzilli yaşayış binasının, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 1 ərazidə 1 ərazi nümayəndəliyinin inzibati binası, 1 poçt məntəqəsi, 6 ticarət obyekti, 1 iaşə obyekti və 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
07 noyabr 2020-ci il tarixdə 1402 nəfərlə görüşülmüş və onlardan 353 nəfərin maskasız olması müəyyən edilmişdir. Reyd zamanı şəhər üzrə 1 nəfər şəhər sakini 200 manat, 3 nəfər şəhər sakininin hər biri isə 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 107613 nəfərlə görüşülmüş və onlardan 34570 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 320 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
07 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2512 nəfərlə görüşülmüş, onlardan 1096 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 545389 nəfərlə görüşülmüş, 222519 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 314 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. 07 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3914 nəfərlə görüşülmüş və 1449 nəfərin maskasız olması müəyyən olunmuşdur. Reyd zamanı rayon üzrə 1 nəfər sakin 200 manat, 3 nəfər sakininin hər biri isə 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 653002 nəfərlə görüşülmüş və 257089 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 634 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 21900 ədəd tibbi maska və 882 litr tibbi spirt paylanmışdır.
5. 07 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir. Reyd zamanı Masallı şəhər ərazisində karantin qaydalarını pozduğu üçün 1 nəfər şəhər sakini 200 manat, 3 nəfər şəhər sakininin hər biri isə 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.
6. 07 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 102 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11505 nəfərdən yaxma götürülmüşdür.