Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

09 noyabr 2020 | 16:00

1. 08 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Mərkəzi Poçt, Rayon Mərkəzi Xəstəxanası, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 4 park və 3 ərazidə 8 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
08 noyabr 2020-ci il tarixdə 1225 nəfərlə görüşülmüş və onlardan 248 nəfərin maskasız olması müəyyən edilmişdir. Reyd zamanı şəhər üzrə 3 nəfər şəhər sakininin hər biri 200 manat olmaqla ümumilikdə 600 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 108838 nəfərlə görüşülmüş və onlardan 34818 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 323 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
08 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2590 nəfərlə görüşülmüş, onlardan 1160 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kəndlər üzrə 2 nəfər sakinin hər biri 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 547979 nəfərlə görüşülmüş, 223679 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 316 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 08 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3815 nəfərlə görüşülmüş və 1408 nəfərin maskasız olması müəyyən olunmuşdur. Reyd zamanı rayon üzrə 5 nəfər sakinin hər biri 200 manat olmaqla ümumilikdə 1000 manat məbləğində cərimə olunmuşlar.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 656817 nəfərlə görüşülmüş və 258497 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 639 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 22100 ədəd tibbi maska və 885 litr tibbi spirt paylanmışdır.

5. 08 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir. Reyd zamanı rayon ərazisində karantin qaydalarını pozduğu üçün 3 nəfər Masallı şəhər sakini və 2 nəfər Ərkivan qəsəbə sakininin hər biri 200 manat olmaqla ümumilikdə 1000 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

   6. 08 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 11 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11516 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər