Şriftin ölçüsü :

Saytın rəngi :

Yeddioymaq kənd həkim məntəqəsinin yeni binası istifadəyə verilib

09 noyabr 2020 | 16:00

09 noyabr 2020-ci il tarixdə Masallı Ryaon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun və Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsləri çərçivəsində Yeddioymaq kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni bina istifadəyə verilib.

Qeyd edək ki, yeni binanın istifadəsi randemiyanın tələbləri səviyyəsində, ara məsafəsi gözlənilməklə həyata keçirilib.

Əlbəttə, bu ərazidə əlamətdar hadisədir.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da sosial sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülür, yeni — yeni layihələr həyata vəsiqə alır.

Yeddioymaq kəndi ərazisinin sakinləri əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse — prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Həkim məntəqəsinin yeni binasında yaradılan şərait, müasir otaq və içərisindəki tibbi avadanlıqlar günün tələblərinə cavab verir.

Keçidlər