Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfə kəndi ərazisində payızlıq taxıl əkinləri davam edir

09 noyabr 2020 | 16:00

Şərəfə  ərazisində yay şumu uğurla başa çatdırılmış, 205 hektar sahədə taxıl əkilmişdir

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə Şərəfə kəndi ərazisində növbəti ilin kənd təsərrüfatı əkinləri üçün yay şumu uğurla başa çatdırılmışdır. Belə ki, ərazidə proqnozlaşdırılan 300 hektar əvəzinə 310 sahə şumlanmış, kənd mexanizatorları təsərrüfat işinin vaxtında başa çatdırılmasında hünərlə çalışmışlar.

Şərəfə kəndində payızlıq taxıl əkinləri də müvəffəqqiyyətlə davam edir. Belə ki, kəndli fermerlər indiyədək 205 hektar sahədə payızlıq əkini optimal müddətdə başa çatdırmışlar. Ümmumiyyətlə, Şərəfə kəndi ərazisində arpa, buğda və vələmir əkinləri uğurla davam edir, bütün aqrotexniki tədbirlərə riayət olunur.

Keçidlər