Masallıda torpaqların şumlanması sürətlənir
Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin və süfrələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Bu barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər.
Masallı DAİM-dən aldığımız məlumatda bildirilir ki, rayon üzrə mexanizatorlar proqnozlaşdırılan 14622 hektar sahədə şum vurulmalıdır.
Hazırda Masallı rayonund kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir.
Ümumilikdə 13399,5 hektar sahədə faktiki şum vurulmuşdur. Şumu vurulacaq sahələrdə işlər davam etdirilir.