Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 09 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 1 ərazisində 1 fərdi yaşayış evi, 1 ərazi nümayəndəliyi, 1 Poçt, 1 Elektron avtomatik telefon stansiyası (EATS), 1 həkim məntəqəsi və 1 iaişə obyekti dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
09 noyabr 2020-ci il tarixdə 1291 nəfərlə görüşülmüş və onlardan 332 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
09 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2564 nəfərlə görüşülmüş, onlardan 1100 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı kəndlər üzrə 1 nəfər sakin 100 manat 1 nəfər isə 200 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşlar.
4. 09 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3855 nəfərlə görüşülmüş və 1432 nəfərin maskasız olması müəyyən olunmuşdur. Reyd zamanı rayon üzrə 1 nəfər sakin 100 manat 1 nəfər isə 200 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşlar.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 22500 ədəd tibbi maska və 885 litr tibbi spirt paylanmışdır.
5. 09 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Boradigah qəsəbə ərazisində karantin qaydalarını pozduğu üçün 1 nəfər qəsəbə sakini 100 manat və 1 nəfər isə 200 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.
6. 09 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 101 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11617 nəfərdən yaxma götürülmüşdür.