Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Qələbə sevinci

11 noyabr 2020 | 16:00

10 noyabr 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin önündəki meydanda rayon əhalisinin iştirakı ilə, sərt karantin rejimi qaydalarına həssaslıqla yanaşılaraq, tibbi maska və tibbi spirtdən istifadə edərək Azərbaycan Respublikasının Ali Baş Kamandanı Cənab Prezident İlham Əliyevin Qarabağın azad olunması ilə bağlı xalqa Qələbə xəbərini elan etməsi ilə bağlı tədbir keçirilmişdir.

İlk öncə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri Azərbaycan Xalqının Xilaskarı Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər və ruhuna dualar oxuular. Sonra rayon sakinləri gün ərzində Ulu Öndərin abidəsinin önünə güllər düzərək Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirərək “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır!” və “Siyasi varisin Qarabağı qaytardı” kimi süarlar səsləndirdilər.

2020-ci il iyul ayında Tovuz istiqamətində gedən döyüşdə qəhrəmancasına Şəhid olmuş mayor Anar Novruzovun oğlu rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla rayon İcra hakimiyyətinin inzibati binasının çardağına çıxaraq Masallı sakinlərini o cümlədən bütün Azərbaycanı Qələbə münasibəti ilə təbrik etdilər.

Sonda Masallı şəhər Heyər Əliyev Parkında davam edən Qələbə tədbiri Müzəffər Ali Baş Kamandanın Qarabağ zəfəri çıxışı və atəşfəşanlıqla yekunlaşdı.

Yaşasın Ali Baş Kamandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Keçidlər