MASALLDA ƏMƏK BAZARI
11 noyabr 2020 | 16:00
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə ilkin hesablamaya əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında əmək ehtiyatlarının sayı 104085 nəfər olmuşdur. Mövcud əmək ehtiyyatlarından 103735 nəfəri məşğul əhalidir. İlkin hesablanmaya əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta siyahı sayı 14527 nəfər olmuşdur.
Muzdla işləyənlərin 8148 nəfəri (56,1 faizi ) dövlət, 6379 nəfəri (43,9 faizi ) qeyri dövlət bölməsində çalışanlardır.