Masallıda ümumi məhsul buraxılışının həcmi
Bu ilin doqquz ayında Masallı rayonunda ümumi məhsul buraxılışının həcmi 325328,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur.
Həmin müddətdə rayonda 46752,0 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. İstehsal olunmuş sənaye məhsulunun 39 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 41162,5 min manatı və ya 88,0 faizi emal sənayesinin, 5102,3 min manatı və ya 10,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 448,2 min manatı və ya 1,0 faizi su təchizatı tullantılarının təmizlənməsi və emalının payına düşür.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Doqquz ayda rayonda kənd təsərrüfatı məhsulları istehsalı 114388,7 min manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. Məhsul buraxılışının 51,7 faizi və ya 59089,2 min manatı bitkiçilik, 48,3 faizi və ya 55299,5 min manatı heyvandarlıq təşkil edib.