Masallı rayonunda payızlıq taxıl əkini davam edir
12 noyabr 2020 | 16:00
Masallıda 7162 hektar sahədə səpin aparılıb. Bunun 5029 hektarı buğda, 2133 hektarı isə arpa sahələridir.
Masallı DAİM-dən verilən məlumata görə taxıl əkini xüsusilə rayonun Çaxırlı, Qarğalıq, Təklə və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır.
Rayonda taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri əkin zamanı daha çox yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.