Masallıda“Ümumdünya QİÇS-lə mübarizə günü” ilə əlaqədar olaraq gənclərlə görüş keçirilmişdir
02 Dekabr 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi ilə Gənclər Mərkəzində 01 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar olaraq Yeniyetmə və gənclər arasında “Özünü və ərtafdakıları İİV/QİÇS və narkomaniyadan qoru” devzi altında maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq hər bir gənci salamlayaraq, Ümumdünya QİÇS-lə mübarizə günü barədə geniş məlumat verib: XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan biri də QİÇS problemidir.Ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilir.Xüsusilə gənclər bu mübarizədə səylərini birləşdirməyə çalışmalıdırlar. Fikrimcə, bu yolda hər bir gənc üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir .
Daha sonra Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov çıxış edərək gənclərə QİÇS və onunla mübarizə üsulları barədə danışıb. Sonra Masallı rayon Təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov və Rayonun aktiv gəncləri Elvin Mirzəyev, Niyazi Əliyev , Coşqun Fərziyev mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.