Masallıda əhalinin təbii artımı
Bu ilin doqquz ayında Masallı rayonunda dünyaya 2248 körpə gəlib
Cari ilin doqquz ayında Masallı rayonuda təbii artım ötən ilin müvafiq dövrünə nisbətən 256 nəfər çox olub.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bu ilin doqquz ayında Masallı rayonunda dünyaya 2248 körpə gəlib, 1068 nəfər ölüm qeydə alınıb.
Bu dövrdə rayonda keçən ilin yanvar — sentyabr aylarında 934 bağlanmış nikahlar olmuşdusa, cari ilin həmin dövründə nikahların sayı 427 nəfər olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 507 nəfər azdır. Boşanmaların sayı isə 318 nəfər olub. Keçən ilin həmin dövrü ilə müqayisədə bu rəqəm 278 olub; yəni 40 nəfər fərqlə.
Qeyd etdiyimiz kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə təbii artım 256 nəfər, doğulanlar sayı 112 nəfər azalmış, ölənlər 144 nəfər artmış, nikahlarin sayı 507 nəfər azalmış, boşanmalar isə 40 nəfər artmışdır.