Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

13 noyabr 2020 | 16:00

1. 12 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası,  Mərkəzi Poçt, DSMF Masallı şöbəsi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 10 Yanacaq Doldurma Məntəqəsi, 2 ərazidə 7 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
12 noyabr 2020-ci il tarixdə 1286 nəfərlə görüşülmüş və onlardan 513 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
12 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2413 nəfərlə görüşülmüş, onlardan 1081 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 12 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3699 nəfərlə görüşülmüş və 1594 nəfərin maskasız olması müəyyən olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 23200 ədəd tibbi maska və 885 litr tibbi spirt paylanmışdır.

5. 12 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı 1 nəfər Masallı şəhər sakini karantin rejimi qaydalarını pozduğu üçün rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 200 manat məbləğində cərimə olunmuşdur.

   6. 12 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 107 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 11805 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər