Sığdaş ərazisində birinci su tutarın tikintisi başa çatmışdır
“Körpü-bina – tikinti” MMC-nin kollektivi Masallı rayonunun Sığdaş kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün birinci su tutarın tikintisini də başa çatdırmışdır. İnşaatçılar kənddə birinci su tutarın tikintisini başa çatdırmaq üçün əllərindən gələni əsirgəməmişlər.
Bildiririk ki, su tutarın istismarı ərazidə yüz hektarlarla əkin sahəsinin suvarılmasına köməklik edəcəkdir.
Birinci su tutarın təmir — bərpa işlərinə cari ilin əvvəlindən başlanılıb, təmir-bərpa işləri yaxın vaxtlarda başa çatdırılıb.
Qeyd edək ki, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik su tutarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.