Boradigah qəsəbəsi ərazisində quru tütün tədarükü davam edir
15 noyabr 2020 | 16:00
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə Boradigah qəsəbəsi ərazisində istehsal olunan 3,40 ton quru tütün tədarük müəssisəsinə təhvil verilib.
Dövlətimiz bu sahənin inkişafı üçün fermerlərə hər cür dəstək verir. Hal-hazırda quru tütünün 1 kiloqramı 2 manat 40 qəpiyə təhvil verilir. Yəqin ki, oktyabrın axırına qədər tütün yığımı davam edəcək.
Boradigah əməkçiləri 2020-ci ilin məhsulu üçün 2 hektar sahədə tütün əkib becərmişlər.