Masallıda torpaqların şumlanması davam edir
Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin və süfrələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Bu barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər.
İndiyə kimi rayon üzrə mexanizatorlar 13185 hektardan çox sahədə şum vurublar.
Hazırda Masallı rayonunda torpaq sahələrinin şumlanması işi kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir.