Masallı rayonunda payızlıq taxıl əkini davam edir
17 noyabr 2020 | 16:00
Masallı rayonunda 9908,5 hektar sahədə səpin aparılıb. Bunun 5314,0 hektarı buğda, 2143 hektarı isə arpa sahələridir.
Masallı DAİM-in rəisi Seymur Nuriyevin verdiyi məlumata görə taxıl əkini xüsusilə rayonun Çaxırlı, Qarğalıq, Təklə və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır.
Rayonda taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri əkin zamanı daha çox yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.