Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 33 kiçik sututarında təmir-bərpa işləri başa çatdırılıb

18 noyabr 2020 | 16:00

“Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Körpü-bina tikinti” MMC-nin inşaatçıları Masallı rayonunun Sığdaş kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün birinci sututarın təmirini başa çatdırıblar. Bu, rayonda təmir edilən sayca 33-cü kiçik sututarıdır.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Masallıdakı Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin «Yeni həyat» qəzeti redaksiyasına verdiyi məlumata əsasən, Sərəncamın icrası istiqamətində indiyədək Masallı rayonunda 37 kiçik sututarından 33-də təmir-bərpa işləri aparılıb, 3 kiçik su tutarında isə təmir işləri bu ilin sonunadək başa çatdırılacaq.

Yeni su tutarlarının istismara verilməsi ərazidə min hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcək.

Keçidlər