Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli fermerlər arpa, buğda və vələmir əkinlərini sürətləndirirlər

21 noyabr 2020 | 16:00

Həsənli kənd ərazi nümayəndəsi Vəzir Hüseynovdan aldığımız məlumata görə mexanizatorlar proqnozlaşdırılan 975 hektar sahəni payızlıq əkinləri üçün şumlamalıdırlar. İndiyə kimi 890 hektar sahədə yay şumu başa çatdırılmışdır. Hazırda daha 85 hektar sahənin şuçlanması üçün bütün qüvvələr səfərbərliyə alınıb.

Qeyd edək ki, həsənlilər 430 hektar sahədə buğda, 155 hektar arpa və 165 hektar sahədə vələmir əkinlərini başa çatdırmışlar. Ümumilikdə gələn ilin bol məhsulu üçün 750 hektar sahədə əkin aparılmışdır. Fermerlərdən əksəriyyəti əkini başa çatdırmışlar. Həsənli kəndi ərazisində payızlıq taxıl əkinləri sürətlənir.

Keçidlər