Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tərəvəzçilikdə məhsuldarlıq artıb

21 noyabr 2020 | 16:00

Masallı rayonunun tərəvəz sahələrində məhsul yığımı əsasən başa çatmışdır.

Yağışlardan sonra pomidor, badımcan, bibər, sahələrinin bol məhsulu yığılıb bazarlara çıxarıldı, xarici ölkələrə göndərildi.

Nəticə göstərir ki, zəhmət bəhrəsini əkinçidən əsirgəmir.

Rayonun ərazilərində bu il 2009,3 hektarda pomidor, xiyar, bibər və s. tərəvəz məhsulları yetişdirilmişdir. Bütün tərəvəz sahələri vaxtında suvarılıb becərildiyindən nəticələr uğurludur. Alıcılara mövsüm ərzində xeyli pomidor, xiyar, bibər və s. tərəvəz satılıb, hər hektarın məhsuldarlılğı yüksəlib.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə carilin doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 0,5 faiz artmışdır. Yazlıq əkininlərin artımı əsasən tərəvəzin, kartof, çəltik və tütun bitkisinin artması hesabına olmuşdur.
Tərəvəz ustaları növbəti ildə məhsuldarlığı daha da artırmaq üçün payızın əvvəlindən aqrotexniki tədbirlərin həyata keçirilməsinə çalışırlar.

Keçidlər