Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfədə çiyələk şitilləri sahələrə əkilir

22 noyabr 2020 | 16:00

Bol məhsul keyfiyyətli və sağlam şitildən başlanır

Bir neçə gündür ki, Masallı rayonunun Şərəfə kəndi ərazisində çiyələk əkininə başlanılıb. Belə ki, kənddə sahələr şumlandıqdan sonra, ərazidə çiyələk şitillərinin əkilməsi üçün çərgələrarası xətlər çəkilib.

Ərazidə çiyələk əkininə geniş yer verilir. Kənddə əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır.

Qabaqcıl və təcrübəli fermer Rafət Abbasov hər il olduğu kimi gələn il də məhsuldarlığın bol olacağına əmindir. Çünki, bol məhsulun əsası məhz bu günlər qoyulur. 4 hektara yaxın sahədə çiyələk əkiləcək və hazır cərgələnmiş sahələrə 250 minədək şitil köçürüləcək. Hər fəhlə gün ərzində 3000-4000 min şitil əkir. Çiyələk sahəsində hazırda 15 nəfərdən çox fəhlə işləyir. Manqabaşçısı Rafiq Abbasov, qabaqcıl çiyələkçilərdən Qızqayıt Cəfərova, Mahirə Məmmədova, Kəmalə Cəfərova və başqaları əkinin optimal müddətdə başa çatdırmasına səylə çalışırlar.

Rafət ixtisasca aqronomdur. Əkin zamanı məsləhətlərini verir. O, bu sahədəki yaxşı işinə görə ölkə Prezidentinin «Tərəqqi» medalı ilə təltif olunub. Çiyələkdən yaxşı gəlir əldə etdiyini bildirir. Onun qeyd etdiyinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur.
Ötən il Rafət Abbasovun başçılıq etdiyi kollektiv çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 40 tondan çoxu Rusiya Federasiyasının bazarlarına çıxarılıb.
Hazırda bünövrəsi qoyulan çiyələyin yığımına gələn ilin aprelin sonlarında başlanılacaq.

Keçidlər