Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Yaşıllaşdırma İdarəsinin kollektivi növbəti ağacəkmə kampaniyasında

23 noyabr 2020 | 16:00

23 noyabr 2020-ci il tarixdə Bakı-Astara yolunun Masallı istiqaməti ərazisində, Bakı prospekti boyunca ənənəvi iməcilik keçirilib.

Masallı Yaşıllaşdırma İdarəsinin kollektivi növbəti ağacəkmə kampaniyasında fəallıq göstərib. Onlar kampaniyanın birinci günü avtomobil yolunun həmin hissəsindəki ərazilərdə 100-dən çox həmişəyaşıl yolka ağacı əkiblər. Yeni yaşıllıqlara qulluq göstərilib, ağacların dibi sulanıb.

Kollektiv ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər də həyata keçirirlər. İməciliklərin və tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Keçidlər