Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 23 noyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Dövlət Əmək Müfəttişliyi Masallı rayon Xidməti, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
23 noyabr 2020-ci il tarixdə 1508 nəfərlə görüşülmüş və onlardan 75 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
23 noyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2431 nəfərlə görüşülmüş, onlardan 755 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 23 noyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3939 nəfərlə görüşülmüş və 830 nəfərin maskasız olması müəyyən olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 24500 ədəd tibbi maska və 890 litr tibbi spirt paylanmışdır.
5. 23 noyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı rayon ərazisində karantin qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 200 manat, 3 nəfər rayon sakininin hər biri 100 manat olmaqla ümumilikdə 500 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.
6. 23 noyabr 2020-ci il tarixdə koronavirusla bağlı 47 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 12576 nəfərdən yaxma götürülmüşdür.