Masallıda tütün yığımı davam edir
24 noyabr 2020 | 16:00
Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, cari ildə rayonda 40-dan çox fermer 51 hektar sahədə tütün əkib-becərir.
Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.
Masallı DAİM-in mütəxəssislərindən aldığımız məlumatda bildirilir ki, kimi tütün sahələrindən yığılan 63,19 ton quru tütün tədarük edilib emal müəssisələinə göndərilib.
Fermerlər hazırda quru tütünün 1 kiloqramını 2 manat 40 qəpiyə təhvil verirlər. Təsərrüfat sahibləri bildirirlər ki, bu qiymət onları qane edir.