Şriftin ölçüsü :

Saytın rəngi :

Əlillər günü rayon əlilləri ziyarət edilib

04 dekabr 2014 | 16:00

04 dekabr 2014-cü il tarixdə Beynəlxalq əlillər günün münasibətilə Masallı rayon İcra hakimiyyəti başçısının müavini Gülşən Xəlilova, rayon əlillər cəmiyyətinin sədri Əminə Abıyeva, Rayon Mərkəzi Xəstəxananın həkimi Rasim Həşimov, ƏSMM-nin əməkdaşı Loğman Hüseynov və Təhsil şöbəsinin əməkdaşları rayonda yaşayan əlillərin evlərində olaraq onlara baş çəkiblər və problemləri ilə maraqlanıblar.
Nümayəndə heyəti Banbaşı kəndinə 33 yaşlı Mədinə Nüsrətovaya, Güllütəpə  kəndində Vaqif Alışovun ailəsində iki övladı 23 yaşlı Sənurə və Mənsuməyə, Masallı şəhər ərazisinin Dadva məhəlləsində Aygün Kərimovaya baş çəkiblər.
Əlil ailələrin valideynləri Mədinənin anası Yaqut xanım, Sənurə və Mənsumənin anası Məhbubə xanım və Aygünün valideynləri əlillərə göstrilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Nümayəndə heyyəti hər bir əlillə yaxından maraqlanıb onlara qiymətli hədiyyələr veriblər.

Keçidlər