Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu

31 mart 2023 | 16:00

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyi, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar “31 Mart soyqırımının tanıdılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirildi. Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər, İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  Azərbaycanlılara qarşı ermənilərin iki əsr davam edən  düşünülmüş, planlı sürətdə həyata keçirildiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri  və bu faciələrin nəticəsində günahsız azərbaycanlıların kütləvi sürətdə qətlə yetirilməsindən geniş danışdı. O, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılması, soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alaraq , 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb edilməsində gördüyü böyük işlərdən də danışdı.

Sonra Ombudsmanın  Cənub Regional Mərkəzinin məsləhətçisi Mirkamran  Mənsimli, Dini Qurumlar iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, Masallı Dövlət Rəsm Qalereyasının direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək vaxtaşırı olaraq hər bir soyqırım ildönümü ərəfəsində bu mövzuya qayıdırıq  tarixdən nəticə çıxarmağın vacibliyindən danışdılar. Natiqlər  gələcəkdə belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı addımlar ataraq, soyqırım məsələsinin tanınması, təbliğatı işində fəaliyyətini gücləndirməlidir.  Əgər biz bu məsələlərlə bağlı dünya səviyyəsinə çıxırıqsa, daxili auditoriyanı kifayət qədər məlumatlandırmalıyıq. Biz dünya səviyyəsinə soyqırımlarla deyil, tariximizlə, mədəniyyətmizlə çıxmalıyıq. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlərə əsil soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsindən ötrü hər bir azərbaycanlı bacardığı qədər bu hadisələri unutmamalı və humanist olduğumuz qədər haqqı tələb etməyi bacarmalıyıq söylədilər.

 Daha sonra gənc könüllü Əmrah Abışov  gənclərimizi müasir  Azərbaycanın inkişafı, tanıdılması, tariximizdə gizli qalan həqiqətlərin tanıdılıb, təbliğ edilməsi işində aktiv olmağa çağırış etdi.

Yekunda tədbir iştirakçıları muzeydə “31 mart soyqırımı “ adlı foto sərgi ilə tanış olaraq, xatirə şəkilləri çəkdilər.

Keçidlər