SAĞLAM HƏYAT UĞRUNDA
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Səhiyyə nazirinin əmrinə əsasən dekabrın 1-dən 31-dək ölkədə “Sağlam həyat uğrunda” aylıq layihə çərçivəsində tədbirlər keçirilir. “Sağlam həyat uğrunda” aylıq layihə çərçivəsində rayonumuzda da silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 07.12.2012-ci il tarixdə Masallı rayonunun Həsənli kəndinin həkim məntəqəsində həyata keçirilmişdir.
Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri – cərrah, ginekoloq, nevropotoloq, terapevt, kardioloq, okulist, həkim-laborantlar iştirak etmişdirlər. Ümumilikdə 482 nəfər kənd sakini müayinədən keçirilmiş və aşkar edilən xəstəliklər profil üzrə müalicəyə cəlb edilmişdir.
Kənd sakinlərindən İdris Bəşirov, Telnaz Qasımova, Fəxri Əsədov və başqaları keçirilən müayinə və müalicəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.