Tüklə ərazisində çay əkininə başlanıb
Masallı RİHB-nın Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “Dövlət qulluğunda fərqlənməyə görə” medallı Kərim Ağayevin verdiyi məlumata görə 10 hektar şumlanıb hazırlanmış sahədə çay şitili əkiləcək. Artıq üç gündür ki, əkinə başlanıb. İndiyə kimi 4 hektar sahəyə Tüklə kəndinin yuxarı hissəsində, Məmmədobaya gedən yolun sağ tərəfində, özləri yetişdirdikləri və Lənkəran rayonundan gətirilmiş ikiillik çay şitili köçürülüb. Təzə əkilmiş şitillər suvarılır.
Qeyd edək ki, çay əkinində otuz nəfərdən çox qadın çalışır. Təzə çay əkini plantasiyaları kənd sakinləri Seyran Urhan oğlu Nəcəfov, Təbib Nadir oğlu Mehdiyev və Əbdül Süleyman oğlu İsmayılovun başçılıq etdikləri fermer təsərrüfatları vasitəsil həyata keçirilir.
Tüklə ərazisində yeni çay əkinləri bu ayın axırına kimi başa çatdırılması nəzərdə tutulur.