Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anım gününə həsr olunmuş Cüdo idman növü üzrə rayon birinciliyi

11 dekabr 2014 | 16:00

10-11 Dekabr 2014-cü il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
5 çəki dərəcəsində 50 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda Cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom , medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər