Masallı rayon rəhbəri Tüklə və Miyankü ərazilərində
Masallı rayon rəhbəri Tüklə və Miyankü ərazilərində çay əkini ilə yerində tanış olub
02 dekabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Tüklə və Miyankü kəndləri ərazisində çay əkini ilə yaxından tanış olub.
Yeni salınacaq çay plantasiyasında Masallı RİH Başçısı aparatıpnın müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, rayon DAİM-in direktoru Seymur Nuriyev və kənd təsərrüfatı mütəxəssisləri, media nümayəndələri iştirak etmişlər.
Belə ki, icra başçısı növbəti dəfə Miyankü kəndinə, Əbdül İsgəndərovun başçılıq etdiyi çay əkini sahəsinə gəlib.
Masallı DAİM-in direktoru Seymur Nuriyev və fermer Əbdül İsgəndərov ərazidə yeni əkilən 5 hektar sahədə çay əkini barədə rayon rəhbərinə məlumat veriblər. Bildirilib ki, bir neçə gün ərzində 2 hektardan çox sahəyə kənddə yetişdirilmiş və Lənkərandan gətirilmiş, yerli torpaq şəraitinə uyğun çay şitilləri əkilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni salınacaq çay plantasiyasına, əkilən sahələrə baxmış, tövsiyə və göstərişlərini vermiş, şay bitkisinin rentabelliyindən söhbət açmışdır. Rayon rəhbəri əməkçilərə qoşulub torpağa bir neçə çay şitili köçürmüşdür. Qalan əkin yeri bir həftəyə başa çatdırılacaq. İcra başçısı Şahin Məmmədov təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanışlıq zamanı Qələbə Bayramı münasibətilə əməkçiləri təbrik edib, bu kənddən olan və bütün şəhidlərimizə, -Allah bütün şəhidlərimizi rəhmət eləsin, - dedi.
Böyük Qələbənin əldə olunmasında ölkə rəhbərinə minnətdarlıq bildirərək qeyd edilib ki, cəbhədə bizim qələbələrimiz çox oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin sayəsində düşmən tapdağında olan Qarabağ torpaqlarımız 44 gün ərzində azad olunub. Əsgər və zabitlərimizin qələbə müjdəsi bizi sevindirir. Ona görə də biz arxa cəbhədə öz əməyimizlə bolluq yaratmalıyıq. İqtisadi rentabelli kənd təsərrüfatı sahələri, xüsusilə bu qiymətli, çoxillik çay bitkisinin yetişdirilməsinə diqqət artırılmalıdır. Çay mülkdür, nəsillərə qalan sərvət, ömrü yüz ilə yaxındır. Ona görə də bu sahəni genişləndirməliyik.
Gənc kəndli fermer Əbdül İsgəndərov rayon rəhbərinin təşəbbüsünə cavab olaraq çay sahələrini 15 hektar çatdırmağı söz verdi. Çaybecərənlərin fasilə zamanı istifadə etdikləri stolun üstünə maska və spirtlər qoyulub. Həmin gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Miyankü kəndi ərazisində ilk dəfə olaraq 1 hektar sahədə çay əkini plantasiyasında da olub, burada aparılan işlərlə tanış olub. Səmayə Novruzovanın başçılıq etdiyi çay əkini sahəsində rayon rəhbərinə bildirilb ki, əkin qurtardıqdan sonra Türkiyədən gətirilən soyuğa davamlı, məhsuldar sortlu subtopik bitkilər-apelsin və mandarin ağacları əkiləcək.Əkiləndən bir il sonra bar verəcək.
Əkin sahələrini genişləndirməyi qarşılarına məqsəd qoyan çayçı qadınlar bu sahəni 5 hektara çatdırmağı proqnozlaşdırdılar. İcra başçısı həmçinin karantin qaydalarına riayət olunmaqla çaybecərənlərin problemləri ilə maraqlanıb, onlara tapşırıq və tövsiyələrini verib. O, əkin zamanı bütün aqrotexniki qaydalara əməl etməyi, çaybecərənlərdən ara məsafəsi gözləməyi, virusla mübarizə aparmağı xahiş edib. İcra başçısı bildirib ki, bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir.