Masallıda tərəvəz yığımı ilin sonunadək davam edəcək
Məhsul istehsalçıları becərdikləri sahələrdən indiyədək 54165.4 ton tərəvəz tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5170.5 ton çoxdur.Masallı Rayon Statistika İdarəsinin müdir müavini Ülfət Məmmədovdan aldığımız məlumatda bildirilib ki, cari ilin yazında masallı əkinçilər 2009.3 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək əkin sahələrindən 54165.4 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 269.6 sentnerə çatır. Tədarük olunan tərəvəzin 9503.6 tonunu xiyar, 17062.2 tonunu pomidor, 15339.9 tonunu badımcan, 2395.4 tonunu bibər, 516.4 tonunu kələm, 2285.1 tonunu soğan, 1457.8 tonunu sarımsaq, 4925.4 tonunu isə sair tərəvəz təşkil edib.